Azərbaycandan Rusiyaya gedən 15 və 17 yaşlı  oğlanlar saxlanıldı - FOTO
11 mart 2023 13:25 (UTC +04:00)

Azərbaycandan Rusiyaya gedən 15 və 17 yaşlı oğlanlar saxlanıldı - FOTO

0

Qanunsuz yollarla Azərbaycan sərhədindən keçmək istəyənlər müəyyən edilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, martın 10-da saat 22 radələrində “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən 2 Azərbaycan vətəndaşı, 17 yaşlı Mahmudov Rəhman Aydın oğlu və 15 yaşlı Qədirov Paşa Vüqar oğlu saxlanılıblar.

Martın 10-da saat 20:50-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu, Qvineya Respublikasının vətəndaşı Camara Moussa və Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3065

Oxşar yazılar