Azərbaycandan qanunsuz çıxan əcnəbilər saxlanıldı - FOTO
13 sentyabr 2023 10:42 (UTC +04:00)

Azərbaycandan qanunsuz çıxan əcnəbilər saxlanıldı - FOTO

Dövlət sərhədini pozanlara qarşı əməliyyat keçirilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 25 yaşlı Hassan Abdelgadir Noreen və 33 yaşlı Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin sentyabrın 9-da ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 60 yaşlı Babayev Ramiz Ələddin oğlu saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

Oxşar yazılar