Azərbaycanda zəlzələ baş verdi
13 aprel 2022 03:04 (UTC +04:00)

Azərbaycanda zəlzələ baş verdi

0

Siyəzən seysmoloji stansiyasından 25 kilometr cənub-qərbdə - Quba rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, yeraltı təkanlar aprelin 12-də, yerli vaxtla saat 23:42-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.4-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2699

Oxşar yazılar