Zərdabda zavodda işləyən gənc oğlan yaralanıb.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 28-də İKT” MMC-nin Zərdab rayon filialının Pambıq emalı zavodunda baş verib.
23 yaşlı Əliyev Səlimxan Əliyusib oğlu işlədiyi gündüz növbəsində “linter” adlı qurğunu işlədərkən ayağı həmin qurğunun mişarına düşüb. Nəticədə o, çoxsaylı bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırılma aparılır.