Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 75 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.