Daxili işlər orqanlarının əməkdaşları yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.