Tovuzda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Güclü külək ağacı yol kənarında dayanan 17 yaşlı Allahverdiyev Telman Elman oğlunun və 3 yaşlı Zeynallı Fərid Mayıs oğlunun üzərinə aşırıb.
Hər iki şəxs hadisə yerində ölüb.