Azərbaycanda təcili yardım maşını qəzaya düşdü: yaralılar var
04 fevral 2021 14:52 (UTC +04:00)

Azərbaycanda təcili yardım maşını qəzaya düşdü: yaralılar var

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 55 yaşlı Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 31 yaşlı Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Oxşar yazılar