Azərbaycanda ŞOK DƏLƏDUZLUQ:  onunla evlənmək istəyən qızları belə aldatdı - VİDEO
16 dekabr 2023 13:37 (UTC +04:00)

Azərbaycanda ŞOK DƏLƏDUZLUQ: onunla evlənmək istəyən qızları belə aldatdı - VİDEO

Qubada bir neçə nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba ragional qrupundan Lent.az-a verilən xəbərə görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.

Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30980 (otuz min doqquz yüz səksən) manat pulunu ələ keçirib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107
avatar

Oxşar yazılar