Azərbaycanda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ  - FOTO  - YENİLƏNİB
02 oktyabr 2021 17:38 (UTC +04:00)

Azərbaycanda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - FOTO - YENİLƏNİB

Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması zamanı 12 nəfər yaralanıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

17:22

Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onların hamısı Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin baş verdiyi Bakı-Qazax magistralının 116-cı kilometrində uzun tıxac yaranıb.

***

16:53

Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.

Hadisə zamanı çoxlu yaralının olduğu bildirilir.

# 6318
avatar

Oxşar yazılar