Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
Kənd sakini , 46 yaşlı Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla bir dəfə özünə xəsarət yetirib. Həmin şəxs Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Onun oğlu Baloğlan Əhədli Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.