Azərbaycanda polis özünü NECƏ GÜLLƏLƏDİ  - TƏFƏRRÜATLAR  - FOTO  - YENİLƏNİB
25 noyabr 2021 16:53 (UTC +04:00)

Azərbaycanda polis özünü NECƏ GÜLLƏLƏDİ - TƏFƏRRÜATLAR - FOTO - YENİLƏNİB

Sumqayıtda polis əməkdaşının hansı silahla özünü güllələdiyi məlum olub. 

Lent.az-ın məlumatına görə, polis əməkdaşına təhkim olunmuş silah avtomat olub. 

Avtomatdan açılan güllə onun çənə nahiyəsindən girib, başından çıxıb.

***

saat 14:30

Sumqayıtda özünü güllələyən polis əməkdaşı, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlunun ölümü ilə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "Kapital Bank"ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Səhər saatlarında o, bankın binasının arxa hissəsindəki otaqlardan birinə keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. 

İlkin məlumatlara görə, dünyasını dəyişən polis əməkdaşı, R. Mütəllimovun psixoloji problemləri olub.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihar olduğu araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.  

*** 

saat 11:53

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Mühafizə polisinin əməkdaşı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Güllə xəsarəti alan R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır. 

# 18540
avatar

Mehman Nəbiyev

Oxşar yazılar