Azərbaycanda  polis ayağından bıçaqlandı?   RƏSMİ AÇIQLAMA
14 fevral 2023 22:05 (UTC +04:00)

Azərbaycanda polis ayağından bıçaqlandı? RƏSMİ AÇIQLAMA

0

Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhərində polis yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb və nəticədə ayağından yüngül xəsarət alıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Saat 22:05

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3660

Oxşar yazılar