Azərbaycanda özünü yandıran qadın öldü - YENİLƏNİB
21 iyun 2023 12:56 (UTC +04:00)

Azərbaycanda özünü yandıran qadın öldü - YENİLƏNİB

Göyçayda bir neçə gün əvvəl özünü yandıran qadın dünyası dəyişib.

Lent.az xəbər verir ki, rayonun Mirzə Hüseynli kəndində yaşadığı evdə özünü yandıran 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı xəstəxanada keçinib.

Faktla bağlı araşdırma davam edir.

***

19 iyun, saat 15:41

Göyçayda qadın intihara cəhd edib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Mirzə Hüseynli kəndində baş verib. Kənd sakini 50 yaşlı Əhmədova Aygün Faxrət qızı bu gün yaşadığı evdə özünü yandırıb.

Yanıq xəsarətləri alan qadın Göyçay Mərkəzi rayon xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3693
avatar

Oxşar yazılar