Azərbaycanda özünü güllələyən 15 yaşlı qızın səs yazısı yayıldı -  VİDEO
08 sentyabr 2022 10:11 (UTC +04:00)

Azərbaycanda özünü güllələyən 15 yaşlı qızın səs yazısı yayıldı - VİDEO

Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Astaf kəndində 15 yaşlı qız özünü güllələyərək intihar edib.

Lent.az APA TV-yə istinadla xəbər verir ki, intihar hadisəsindən bir neçə gün keçməsinə baxmayaraq bəzi məqamlar ortaya çıxıb. Günel Həsənovanın valideynləri iddia edir ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünür.

Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.

Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.

Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək qızın səsinə oxşamır. Həmin səs yazısını sizə təqdim edirik.

Qeyd edək ki, Günel Həsənova babası ilə mövsümlə əlaqədar Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daşkəsəndə özünü güllələyən 15 yaşlı qızın səs yazısı yayıldı

# 3651
avatar

Oxşar yazılar

Azərbaycanda 6 tələbə  dəm qazından zəhərləndi

Azərbaycanda 6 tələbə dəm qazından zəhərləndi

22 fevral 2024 , 10:35
Bakıda narkotiklə tutulan şəxs öldü

Bakıda narkotiklə tutulan şəxs öldü

22 fevral 2024 , 10:27
Kürdəxanıda avtomobil qadını vurub öldürdü

Kürdəxanıda avtomobil qadını vurub öldürdü

22 fevral 2024 , 10:21
Bakıda maşın qadını vurub öldürdü

Bakıda maşın qadını vurub öldürdü

22 fevral 2024 , 09:54
Şagird binadan yıxılıb öldü

Şagird binadan yıxılıb öldü

22 fevral 2024 , 09:27
Bakıda “Prius” ağacı kökündən qopardı - FOTO

Bakıda “Prius” ağacı kökündən qopardı - FOTO

22 fevral 2024 , 06:33
Kamil Zeynallı Bakıya qayıtdı - VİDEO

Kamil Zeynallı Bakıya qayıtdı - VİDEO

22 fevral 2024 , 05:39
Qazaxda DƏHŞƏT:  Bir küçədə 2 intihar

Qazaxda DƏHŞƏT: Bir küçədə 2 intihar

21 fevral 2024 , 22:25