Azərbaycanda ötən il 26 mindən çox cinayət törədilib
18 yanvar 2021 18:31 (UTC +04:00)

Azərbaycanda ötən il 26 mindən çox cinayət törədilib

Bu gün Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2020-ci ildə ümumilikdə 26.004 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib:

"Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub. 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış  tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış       310 cinayətin açılması təmin edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299

Oxşar yazılar