Sumqayıtda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Rzayev Xalid Sərdar öğlu yaşadığı beşmərtəbəli binanın blokunda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.