Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə DYP binasının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil, yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.
Piyada xəstəxəxanaya aparılsa da onun öldüyü məlum olub.
Məlumata görə, həmin şəxs müəllimə olub.
Piyadanı vuran avtomobilin hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.