Astarada 57 yaşlı kişinin meyiti meşədən tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Maşxan kəndində yerləşən meşəlik ərazidə 1965-ci il təvəllüdlü Natiq Mirzəhəsən oğlu Qasımovun meyiti ağacdan asılmış vəziyyətdə tapılıb.
Meyit müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.
Kənd sakinlərinin bildirdiyinə görə, mərhum əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.