Azərbaycanda məmur iş otağında  ölü tapıldı
19 sentyabr 2022 22:46 (UTC +04:00)

Azərbaycanda məmur iş otağında ölü tapıldı

0

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Saatlı rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Telmankənd kənd sakini, 35 yaşlı Əhəd Cavanəli oğlu Behbudovun iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.
 
Faktı Saatlı rayon prokurorluğu araşdırır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı hazirda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3643

Oxşar yazılar