Azərbaycan hüquq-mühafizə orqanları məktəblinin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 15:12
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Xudat şəhər 5 saylı məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.