Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru,45 yaşlı Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat: 10:07
Xaçmazda evdən meyit tapılıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 45 yaşlı Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.