Azərbaycanda məktəb direktoru və şagird koronavirusdan öldü - YENİLƏNİB
13 oktyabr 2021 10:36 (UTC +04:00)

Azərbaycanda məktəb direktoru və şagird koronavirusdan öldü - YENİLƏNİB

Sumqayıtda məktəb direktoru və şagird koronavirusdan ölüb. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayev bir müddət əvvəl koronavirusa yoluxub.

Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

məktəb direktoru Mehdi Ağayev

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli də xəstəxanada vəfat edib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 saylı tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən verilən açıqlamada K. Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib.

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: “Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.

# 10035
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar