Azərbaycanda kuryoz dələduzluq: çoban işləmək üçün...
25 yanvar 2021 12:53 (UTC +04:00)

Azərbaycanda kuryoz dələduzluq: çoban işləmək üçün...

Zərdabda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə Zərdab rayonu, Dəliquşçu kənd sakini olan fermerə zəng edib onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1150 manat pul ələ keçirənlər saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasov, əvəllər məhkum olunmuş Daşkəsən rayon Dəstəfur kənd sakini Elvin Mürsəlov və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədiyi fermerə borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb, onların digər şəhər və rayonlarda anoloji cinayət törədib-törətmədiklərini müəyyənləşdirmək üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21