Dünən günorta saatlarında Lənkəranda itkin düşən 11-ci sinif sagirdi Şahnaz Hüseynova tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Regional qrupun baş inspektoru Məhəmməd Rzayev deyib ki, məktəblinin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub. Onun tapılması istiqamətində bütün zəruri tədbirlər keçirilib və o, bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib.
***
23.09.2022
Saat: 23:52
Günorta saatlarında dərsdən çıxıb evə gedən məktəbli qız itgin düşüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu gün günorta saatlarında 11-ci sinif şagirdi dərsdən çixaraq evə qayitmayib.
Hadisə Lənkəran rayonun Zövlə kəndində baş verib. 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa baslayaraq aidiyyəti üzrə müraciət ediblər. Hazırda polis və kənd sakinləri tərəfindən axtarışlar davam edir.