İtkin düşən bacı-qardaş
05 mart 2022 18:20 (UTC +04:00)

İtkin düşən bacı-qardaş

Azərbaycanda itkin düşən bacı-qardaşdan XƏBƏR VAR - YENİLƏNİB

Yevlaxda itkin düşən bacı-qardaş tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Xəbərə görə, onlar rayon ərazisində aşkarlanaraq ailələrinə təhvil veriliblər.

***

14:50

Yevlaxda iki nəfər itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakinləri 19 yaşlı Ayşə Abdullayeva və qardaşı 11 yaşlı Elmanın itkin düşməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

# 2979
avatar

Mehman Nəbiyev

Oxşar yazılar