Azərbaycanda itkin düşən 9-cu sinif şagirdi TAPILDI  - YENİLƏNİB
10 oktyabr 2021 20:28 (UTC +04:00)

Azərbaycanda itkin düşən 9-cu sinif şagirdi TAPILDI - YENİLƏNİB

Siyəzən rayonunda itkin düşən 9-cu sinif şagirdi tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu ailəsinə təhvil verilib.

Qeyd edək ki, məktəbli 3 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmamışdı.

***

09 oktyabr, saat 20:11

Siyəzən rayonunda məktəbli itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. 

İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblini tapmaq mümkün olmayıb.

Məktəbli barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-63 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 

# 4254
avatar

Oxşar yazılar