Azərbaycanda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisələrdən biri Bakının Binəqədi rayonunda qeydə alınıb. Aprelin 23-ü saat 10:40-da 49 yaşlı Əhmədov Hilal Qabil oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Digər anoloji hadisə Abşeron rayonunda baş verib. Aprelin 20-də “At yalı” yaşayış massivində kirayədə qalan 82 yaşlı yaşlı Səmədov Sərxoş Əliabbas oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.