Azərbaycanda   həkimi öldürənlər   TUTULDU - YENİLƏNİB
12 yanvar 2023 00:12 (UTC +04:00)

Azərbaycanda həkimi öldürənlər TUTULDU - YENİLƏNİB

1

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Lent.az xəbər verir ki, bu barədə Baş prokurorluq və Daxili İşlər nazirliyi birgə məlumat yayıb.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə   məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Saat 10.01.2023

Saat 23:55

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Lent.az-a həkimin öldürülməsi faktını təsdiqləyib.

Bildirilib ki, hazıda faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir.

***

23.33

Yevlaxda həkim qətlə yetirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 9993

Oxşar yazılar