Azərbaycanda  GÖRÜNMƏMİŞ HADİSƏ:   kombini bəyənmədi, cərimələndi
07 oktyabr 2021 11:47 (UTC +04:00)

Azərbaycanda GÖRÜNMƏMİŞ HADİSƏ: kombini bəyənmədi, cərimələndi

Ağcabədi rayonu, Taxta-Körpü qəsəbəsində yaşayan vətəndaş kombi aparatının oğurlanması barədə məlumat verib.

Lent.az bildirir ki, o, oğurluq barədə Laçın rayon Polis Şöbəsinə məlumat verdiyi üçün 100 manat cərimələndiyini iddia edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələrivə ictimaiyyələr əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir:

Elşad Hacıyev

“Ağcabədi rayonu, Taxta-Körpü qəsəbəsində yaşayan Azər Haqverdiyevin kombinin oğurlanması ilə bağlı etdiyi müraciət əsasında Laçın rayon Polis Şöbəsində araşdırma aparılıb. Məlum olub ki, vətəndaş quraşdırılan kombinin elektron funksiyasından və markasından xoşu gəlmədiyi üçün oğurlanması barədə polisə məlumat verib. Aparılan araşdırmalarla məlumatın yalan olduğu sübuta yetirildiyi üçün A.Haqverdiyev İnzibati Xətalar Məcəlləsinin 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsinə uyğun olaraq, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq olunub”.

Qeyd edək ki, Laçın rayonundan olan bir sıra məcburi köçkünlər kimi A. Haqverdiyev də Ağcabədi rayonu taxta-körpü qəsəbəsində məskunlaşdırılıb. Həmin vətəndaşın evi də dövlət tərəfindən tikilib və qeyd olunan kombi aparatı da dövlət tərəfindən təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Mehman Nəbiyev

Oxşar yazılar