Sabirabadda qızqaçırma hadisəsi olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iİyunun 21-də Sabirabad rayonu, Suqovuşan kənd sakini Ə.Həsənov rayon Polis Şöbəsinə müraciət edərək həmin gün saat 17 radələrində qız nəvəsinin naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirib.
Həmin gün saat 21 radələrində rayonun Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ.İsmayılov yol polisinin əməkdaşlarına yaxınlaşıb avtomobilində olan 2 sərnişinin özlərini şübhəli aparmalarını bildirib.
Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakini R.Mirzəyev və qaçırılan qız olması müəyyən olunub və onlar saxlanılaraq Sabirabad rayon Polis Şöbəsinə təhvil veriliblər.
Araşdırma aparılır.