Azərbaycanda EVƏ BASQIN:  Əl-qolunu bağlayıb külli miqdarda pul apardılar
06 fevral 2023 12:03 (UTC +04:00)

Azərbaycanda EVƏ BASQIN: Əl-qolunu bağlayıb külli miqdarda pul apardılar

Ucarda evə basqın olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Çiyni kəndində qeydə alınıb.

Kənd sakini 53 yaşlı Nurayyə Həsənovanın yaşadığı evə daxil olan maskalı şəxslər onun əl-qolunu yapışqanlı lentlə bağlayaraq, evdən 10 min manata yaxın pul götürüb qaçıblar. Zərərçəkən bu barədə polisə məlumat verib.

Baş vermiş quldurluq hadisəsi ilə bağlı rayon polis idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarışları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Sevinc Fərid

Oxşar yazılar