Şamaxıda evdə partlayış olub.
Şamaxı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də şəhər sakini MirDaşqın Babayev yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.