Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında narkotik vasitələr gizlətdiyi müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram 30 qram heroin, 2 kiloqram 630 qram metamfetamin, 1 kiloqram 450 qram metadon və tramadol həbləri polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülüb.