Bərdədə hamilə ölümü baş verib.
Lent.az bildirir ki, Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 30 yaşlı rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.
Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.
Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.
***
12:55
Bərdədə ana ölümü baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, ana ölümü Bərdə Doğum evində bu gün səhər saatlarında qeydə alınıb.
Doğuşla bağlı Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 30 yaşlı rayon sakini Hüseynova Nahidə Hüseyn qızı örada ölüb.
Hələlik ölümün dəqiq səbəbi məlum deyil.