Azərbaycanda DƏHŞƏT:  Ata və iki övladı diri-diri yandı
28 oktyabr 2021 08:41 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: Ata və iki övladı diri-diri yandı

0

Bu gün səhər saat 04:18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10660

Oxşar yazılar