Azərbaycanda daha bir uşaq qızılcadan öldü  - YENİLƏNİB
30 noyabr 2023 12:54 (UTC +04:00)

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

TƏBİB Bakıda şagirdin qızılcadan ölməsinə münasibət bildirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından noyabrın 30-da saat 4:26-da çağırış daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.

***

Saat: 12:26

Bakıda qızılcaya yoluxan şagird ölüb.

Lent.az xəbər verir ki, bu barədə şagirdin oxuduğu Qaradağ rayonu Yusif Əliyev adına 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkədə bildirib.

Məlumata görə, dünyasını dəyişən şagird 4-cü sinifdə oxuyan 10 yaşlı Rinatdır.

Direktorun sözlərinə görə, iki ildir həkim tələb olunsa da, məktəbə tibb işçisi təyin edilməyib.

Qeyd edək ki, ötən həftə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli də qızılca səbəbilə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5889
avatar

Oxşar yazılar