Balakəndə yol keçən qadını  maşın vurub öldürdü
23 iyul 2024 09:22 (UTC +04:00)

Balakəndə yol keçən qadını maşın vurub öldürdü

Balakən rayonun Talalar kəndi ərazisində avtomobil qadını vuraraq öldürüb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qurupundan məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Arzu Qurbanlı

Oxşar yazılar