Keçmiş polis qocalar evində ANASINI GÜLLƏLƏDİ
22 iyul 2024 20:43 (UTC +04:00)

Keçmiş polis qocalar evində ANASINI GÜLLƏLƏDİ

Xorvatiyanın Daruvar şəhərində özəl qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Daha 6 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında beş qoca və müəssisənin bir əməkdaşı da var.

Hadisəni törətdiyinə görə saxlanılan şəxs təqaüddə olan polis əməkdaşıdır.

Qocalar evində öldürülənlərdən birinin onun anası olduğunu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar