“Ən seksual  futbolçu adlandırılmağı   xoşlamıram” – “Qrasshopper”in ulduzu görün nə istəyir
23 iyul 2024 09:38 (UTC +04:00)

“Ən seksual futbolçu adlandırılmağı xoşlamıram” – “Qrasshopper”in ulduzu görün nə istəyir

Ana Mariya Markovic dünyanın ən seksual futbolçusu elan edilməsinə nifrət edir, çünki bu, ona lazımsız diqqət gətirir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 23 yaşlı “Qrasshopper”in ulduzu insanların onun görünüşünə baxmaqdansa, bir oyunçu və bir insan olaraq kim olduğu barədə tam təsəvvür əldə etmələrini istəyir.

Medianın diqqəti Markoviçə 2021-ci ildə, o, Xorvatiya millisi ilə ilk kubokunu qazandıqdan sonra başlayıb. Ana etiraf edir ki, bu diqqətin çox hissəsi müsbətdir, lakin vicdansız şəxslərin məsələyə müdaxilə etdiyi mənfi məqamlar da olub.

Gözəlliyi ilə bağlı şərhlərdən həzz almasına baxmayaraq, ondan “model olmaq və ya “Çelsi” ilə müqavilə imzalamaq istərdimi” sualına Markoviç belə cavab verib: “Əlbəttə, “Çelsi” ilə müqavilə istərdim.

Ən gözəl futbolçu adlandırıldığım yazıları bəyəndim, çünki gözəl olduğumu eşitmək məni sevindirir. Amma sonra qəzetlər məni ən seksual futbolçu adlandırdılar. xoşuma gəlmədi.

Bundan sonra bir çox insanlar menecer olduqlarını iddia edərək mənə məktub yazdılar və məndən nə istədiklərini dəqiq bilirəm. Heç vaxt futbol oynadığımı görməyiblər və yalnız görünüşümə baxırlar. Çox üzr istəyirəm. Düşünürəm ki, belə insanlar əvvəlcədən daha çox öyrənməli və mənim futbolda nə edə biləcəyimi görməlidirlər”.

Markoviç sosial mediada istənməyən açıq-saçıq görüntülər aldığını bildirib. Onun sosial mediada 2,3 milyondan çox izləyicisi var və yumoristik mesajlar göndərən pərəstişkarları ilə ünsiyyət qurmaqdan həzz alır.

“Ancaq qəribə fotolar var, həqiqətən iyrəncdir. İnsan niyə belə bir şey edər, bilmirəm, amma həmkarlarımla buna sadəcə gülürəm”.

Bəzən mənə xidmət etmək istədiklərini və məsələn, məşqdən sonra butslarımı təmizləmək istədiklərini yazan adamlardan gülməli mesajlar alıram”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar