İsrail Qəzzadan çıxır? – YENİ XƏBƏR
23 iyul 2024 10:43 (UTC +04:00)

İsrail Qəzzadan çıxır? – YENİ XƏBƏR

İsrail Müdafiə Qüvvələri Qəzza zolağından müvəqqəti çıxa bilər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu HAMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlıdır.

İsrail ordusunun bir neçə yüksək vəzifəli şəxsləri mediaya bildirib ki, ordu 42 gün ərzində Qəzzadan tamamilə geri çəkilməklə ölkə təhlükəsizlik baxımından əhəmiyyətli itkilərə məruz qalmayacaq. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ-nin yüksək səviyyəli rəsmiləri ilə sövdələşməni müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, İsrail və HAMAS nümayəndələri arasında Qəzza zolağında nizamlanma ilə bağlı məsləhətləşmələr Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Cavidan HUN

Oxşar yazılar