Ağadadaş Ağayev
23 iyul 2024 11:08 (UTC +04:00)

Ağadadaş Ağayev

SON DƏQİQƏ: Ağadadaş Ağayev qadına balta ilə xəsarət yetirdi - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdadaş Ağayevlə yaşanan insidentlə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

***

saat 11:00

Xalq artisti Ağadadaş Ağayevlə bağlı yeni məlumatlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, müğənninin tanışı ilə küçədə mübahisəsi düşüb. 

Mübahisə zəminində Ağadadaş Ağayev əlindəki baltanı tanışına atıb. Nəticədə qarşı tərəf xəsarət alıb. 

A.Ağayevin saxlanıldığı bildirilsə də hələlik bu rəsmi təsdiqini tapmayıb. 

Hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.

***

saat 10:40

Xalq artisti Ağadadaş Ağayev adam baltalayıb.

Lent.az xəbər "news24.az"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər. 

Bu barədə ətraflı məlumat veriləcək. 

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11331

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04
İranla sərhəddə silahlı İNSİDENT:  ölən var

İranla sərhəddə silahlı İNSİDENT: ölən var

12 aprel 2025 , 14:52