Çimərlikdə bunlara yoluxa bilərsiniz – DİQQƏTLİ OLUN
22 iyul 2024 17:36 (UTC +04:00)

Çimərlikdə bunlara yoluxa bilərsiniz – DİQQƏTLİ OLUN

Yayda dəniz ən ideal istirahət yeri hesab olunur. Hər kəs sərinləmək üçün dənizə üz tutur. 

Ancaq bəzən tətil edənləri yalnız sərin su, yumşaq qum deyil, həm də suda və sahildə mövcud olan bir çox infeksiya gözləyə bilər.

Lent.az xəbər verir ki, üzmək üçün yer seçərkən quşların məskunlaşdığı yerlərdən uzaq durulmalıdır. Əsasən də ördəklərin olduğu yerlərdən…  Çünki ördəklər serkaridoz deyilən xəstəliyin daşıyıcısıdır.

Yaxşı xəbər budur ki, bu parazitlər insanlara keçmir. Pis odur ki, onlar izsiz getmir, dəridə kiçik qırmızı qaşınma səpgisi buraxır.

Bundan əlavə, heyvanlar insanlara lentospiroz, yəni sarılığa səbəb olan bakterial infeksiya ötürür. Əgər buna yoluxmuş olsanız, dərhal həkimə müraciət etməlisiniz. Əks halda xəstəlik sağlamlığınıza ciddi zərər verə bilər.

Ən populyar infeksiyanın adı yüksək hərarət, ishal və qusma ilə xarakterizə olunan rotavirusa aiddir. Maraqlıdır ki, xəstəlik dərhal özünü hiss etdirmir. Yetkin biri üçün inkubasiya dövrü 15 saatdan bir həftəyə qədər davam edə bilər.

Onu da qeyd edək ki, üzgüçülük zamanı su udmaq qəti qadağandır. Əks halda siz lymblioz xəstəliyinə tutulma riskiniz var. Qarın ağrısı və ürəkbulanma kimi xarakterik simptomlar xəstəliyi "tanımağa" kömək edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Sevinc Fərid

Oxşar yazılar