Azərbaycanda daha bir məktəbli intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə Ağcabədi rayonunun Hüsülü kəndində qeydə alınıb.
Kənd sakini, 2010-cu il təvəllüdlü Davud Məmmədov yaşadığı evdə özünü asıb.
İntihar edən uşağın məktəbli olduğu bildirilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.