Azərbaycanda daha bir gəncin həyatı xilas edildi
29 yanvar 2021 15:39 (UTC +04:00)

Azərbaycanda daha bir gəncin həyatı xilas edildi

Şamaxıda intihara cəhdin qarşısı alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Şamaxı rayon sakini, 35 yaşlı Ramiz Ağayev beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Yaxınlıqdakı insanlar dərhal əraziyə FHN əməkdaşlarını çağırıblar. Ramiz Ağayevin intihar etmək cəhdinin qarşısı alınıb, ona tibbi yardım göstərilib.

Məlumata görə, I qrup əlil olan Ramiz Ağayev həmin binada kirayəda yaşayır. Onun özünə qəsd etmək istəməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1912

Oxşar yazılar