Azərbaycanda daha bir ailə faciəsi: kişi baldızını...
13 yanvar 2021 10:05 (UTC +04:00)

Azərbaycanda daha bir ailə faciəsi: kişi baldızını...

Şəkidə qətl törədilib.

Şəki rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 60 yaşlı Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla onun bacısının əri 37 yaşlı Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Mehman Nəbiyev

Oxşar yazılar