Son günlər Bakıda və digər bölgələrdə 9 intihar hadisəsi qeydə alınıb.
Lent.az-ın məlumatına görə, Quba rayon sakini 73 yaşlı Əlifəddin Eldarov, Abşeron sakini 28 yaşlı Leyla Abbasova, Gəncə sakini 58 yaşlı Eldar Tağıyev, Salyan sakini 28 yaşlı Vasif Abışov yaşadıqları evdə, Gədəbəy sakini 54 yaşlı Nizami Hüseynov, İkinci Qarabağ müharibəsi qazisi 27 yaşlı Əlisahib Malik oğlu Məmmədov, Salyan rayon sakini 70 yaşlı Mirsalahov Seyidramazan Mircavad oğlu yaşadıqları evin həyətində özlərini asaraq həyatlarına son qoyublar.
Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yaşayan AMEA-nın alimi 41 yaşlı E.İ evdə müxtəlif dərman preparatları qəbul edərək özünü öldürüb.
Bundan əlavə, Şəki rayonunun Öyrət kəndində Cavad Şəhmirovun ağacdan asılmış meyiti tapılıb. Onun meşəlikdən tapılan meyitinin üzərində bıçaq xəsarətlərinin olduğu da bildirilir.
İntihar hadisələrinin dəqiq səbəbləri hələlik bilinmir.
Faktlarla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır.