Azərbaycanda bir ailənin 3 üzvü qazdan boğulub öldü
11 yanvar 2021 18:45 (UTC +04:00)

Azərbaycanda bir ailənin 3 üzvü qazdan boğulub öldü

Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olub ki, 26 yaşlı Kamal Süleymanovun, 24 yaşlı Günel Tağıyevanın və sonuncunun 2 yaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Mehman Nəbiyev

Oxşar yazılar