Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.