Saxlanılan şəxs
21 dekabr 2020 12:34 (UTC +04:00)

Saxlanılan şəxs

Azərbaycanda axtarışda olan 199 nəfər tutuldu

Respublikanın daxili işlər orqanları gün ərzində törədilən 37 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 199 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 178 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

# 1086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar